BMT TŞ Mali Prezidenti və Baş nazirinin həbsini pislədi

BMT TŞ Mali Prezidenti və Baş nazirinin həbsini pislədi BMT Təhlükəsizlik Şurası (TŞ) Malinin müvəqqəti Prezidenti Ba Ndao, ölkənin Baş naziri Moktar Uan və keçid dövrünün digər liderlərini dərhal azad etməyə çağırıb və onların həbsini qətiyyətlə pisləyib.
Bu barədə təşkilatın bəyanatında deyilir.
“Onlar [TŞ üzvləri] bütün saxlanılan vəzifəli şəxsləri təhlükəsiz, dərhal və qeyd-şərtsiz azad etməyə çağırdılar və müdafiə və təhlükəsizlik qüvvələrinin elementlərini dərhal öz kazarmalarına qayıtmağa çağırdılar”, - bəyanatda qeyd olunur.
Daha əvvəl “Agence France-Presse” Mali vitse-prezidenti Bubu Sissenin müşavirinə istinadən bildirmişdi ki, Prezident və Baş nazir həbs olunmuş digər keçid dövrünün liderləri ilə birlikdə tədricən azad olunacaq.
Çərşənbə günü Bubu Sisse ölkə Prezidenti və Baş nazirinin istefaya getdiyini elan edib. Mayın 24-də axşam saatlarında onlar bir qrup hərbçi tərəfindən öz igamətgahlarında həbs edilib və paytaxt yaxınlığındakı Kati hərbi bazasına aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər