"Fransa və beynəlxalq ictimaiyyət Ermənistandan minaladığı ərazilərin xəritəsini verməyi tələb etməlidir. İkisi jurnalist olmaqla, 3 mülki vətəndaş Azərbaycanın Kəlbəcər rayonu ərazisində minaya düşərək həlak olublar. Mülki əhali münaqişənin girovu ola bilməzlər".
Bu barədə Fransa Milli Assambleyasının Yuxarı Sena (Hauts-de-Seine) seçki dairəsindən seçilmiş deputatı Frederik Düma tviter səhifəsində Kəlbəcər rayonunda mina partlaması nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı paylaşımında yazıb.
Fransız deputat barışıq üçün beynəlxalq hüquqa riayət etməyin vacibliyini vurğulayıb.
F. Düma tviter səhifəsindəki jurnalistlərin erməni minalarının qurbanı olması ilə bağlı paylaşmalarına ölkə Prezidenti Emmanuel Makronu da işarələyib.
Tehsil-press.az