Fransa Milli Assambleyasının üzvləri UFAZ-da olublar

Fransa Milli Assambleyasının üzvləri UFAZ-da olublar Noyabrın 2-də Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.
Əvvəlcə UFAZ-ın binasını gəzən qonaqlar buradakı tədris prosesi, dərs otaqları, laboratoriyalarla tanış olublar. Daha sonra Fransa Milli Assambleyasının üzvləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüblər. M.Babanlı Fransanın rəsmi şəxslərinin universitetə gəlişinin tələbələrdə ruh yüksəkliyi yaratdığını deyib. UFAZ layihəsinə dünyanın hər yerində böyük maraq olduğunu diqqətə çatdıran rektor yaxın vaxtlarda ADNSU-nun da bu səviyyəyə qaldırılması üçün fəaliyyət göstərildiyini qeyd edib. UFAZ-a Təhsil Nazirliyi, Fransanın Azərbaycandakı səfirliyi, Strasburq Universiteti tərəfindən böyük diqqət göstərildiyini deyən M.Babanlı universitetin hər iki tərəfə böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Pyer Alen Rafan UFAZ-a gəlişindən və burada yaradılan şəraitdən məmnun qaldığını deyib. Bu tipli layihələrin əhəmiyyətindən danışan P.Rafan UFAZ-da təhsil alan tələbələrin gələcəkdə Azərbaycan-Fransa əlaqələrinin daha da inkişaf etməsində mühüm rol oynayacaqlarını bildirib.

ADNSU-nun Mətbuat xidməti


Fransa Milli Assambleyasının üzvləri UFAZ-da olublarFransa Milli Assambleyasının üzvləri UFAZ-da olublarFransa Milli Assambleyasının üzvləri UFAZ-da olublarFransa Milli Assambleyasının üzvləri UFAZ-da olublar

Oxşar xəbərlər