Azərbaycan Ordusu məcbur olub, İrəvana girəcək - Video

Azərbaycan Ordusu məcbur olub, İrəvana girəcək - Video Erməni diversiya qrupları öncədən xüsusi hazırlıq keçdikdən sonra Azərbaycan ərazisinə atılır. Bu, danılmaz faktdır.
Bu barədə rusiyalı hərbi ekspert Aleksey Xlopotov bildirib.
“Mən artıq birinci dəfə deyil ki deyirəm, ermənilər məğlubiyyətlə barışmaq fikrində deyil. Üstəlik, indi seçkilər ərəfəsində onlar öz “döyüş əhval-ruhiyyələrini” və fəaliyyət qabiliyyətini nümayiş etdirmək fikrindədirlər. Amma reallıqda onların böyük əməliyyat keçirmələri üçün heç bir gücləri yoxdur. Şahidi olduğumuz təxribatlar isə özləri haqqında “xatırlatma”nın yeganə yolu olaraq qalır. Ümumiyyətlə, bu aspektdə gözəl Sovet serialını – “Dövlət sərhədi”ni yada salmaq olar. Xüsusilə onun ilk hissələri. Orada bu gün Qarabağda baş verənlər dəqiqliklə göstərilib. Necə deyərlər: diversiya üçün üsullar köhnəlmir, sadəcə, meydana yeni vasitələr gəlir”, - deyə həmsöhbətimiz qeyd edib.
Xlopotovun sözlərinə görə, məhz Ermənistan Bakını problemin güc yolu ilə həllinə məcbur edəcək:
“Lakin ən azı bu, qarşıdan gələn 5 il ərzində baş tutmayacaq. 5 ildən sonraki müharibə daha qlobal şəkildə olacaq. Bakı Qarabağı ermənilərdən tamamilə təmizləməyə, hətta Ermənistan ərazisində bir sıra əməliyyatlar keçirməyə məcbur olacaq. Hər halda, şəxsən mənim fikrim budur: Azərbaycan Ordusu İrəvanı ələ keçirib, sonra isə siyasi yenidənqurma haqqında razılığa gəlməlidir”.



Tehsil-press.az

Oxşar xəbərlər