Dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatlar təqdim olunub

Dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatlar təqdim olunub Təhsil Nazirliyində dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Ceyhun Bayramov Prezident İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son illərdə ölkəmizdə insan kapitalının inkişafı, o cümlədən təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb.
Sonra təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər