İyunun 14-də Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. İlk dəfə olaraq müəllim və şagirdlər bu əlamətdar hadisəni Vətən müharibəsində qalib gəlmiş xalqın övladları olaraq qeyd edirlər.
2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirir. IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır. 2020-2021-ci tədris ilində respublika üzrə ümumi təhsil məktəbində fəaliyyət göstərən 6110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub. 2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq 2020-2021-ci tədris ili üzrə “Son zəng” tədbirlərinin iyunun 14-də aşağıda göstərilən qaydalara əməl edilməklə təşkilinə icazə verilib:
- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;
- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;
- 11-ci sinif şagirdlərinin sayı 100-dən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməsi.
“Son zəng” tədbirinin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və sair) təşkilinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.
Təhsil Nazirliyi bununla bağlı rayon və şəhər təhsil şöbələrinə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, 2020-2021-ci tədris ili Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən əyani və distant formada başlayıb. Belə ki, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə 2020-ci il sentyabrın 15-dən əyani və distant (məsafədən) formada, V-IX siniflərdə sentyabrın 15-dən distant, X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda təşkil olunmağa başlayıb.
2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. Dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif "Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. Yeni dərsliklər sırasında "Macmillan" nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də var. Yeni dərsliklərin hazırlanmasında dünya ölkələrinin kurikulumları araşdırılıb, beynəlxalq qiymətləndirmə tədqiqatları öyrənilib.
Lakin 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribatla başlayan və Zəfərlə sonlanan 44 günlük Vətən müharibəsi təhsilimizə də təsirsiz ötüşmədi. Cəbhə bölgəsində və cəbhəyanı rayonlarda yerləşən məktəblərdə tədrisdə fasilələr yarandı. Azərbaycan müəllimi bu müharibədə torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərə qatıldı. Vətən müharibəsində 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucaldı. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif ediliblər. Şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7-si “Şuşanın azad olunmasına görə”, 3-ü “Füzulinin azad olunmasına görə”, 2-si “Xocavəndin azad olunmasına görə”, 4-ü “Cəsur döyüşçü”, 4-ü “Döyüşdə fərqlənməyə görə”, 5-i “Qubadlının azad olunmasına görə”, 5-i “Cəbrayılın azad olunmasına görə”, 2-si “Laçının azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Müharibə 10 şagirdin həyatına son qoydu, məktəb infrastrukturuna ciddi ziyan dəydi – 60 təhsil müəssisəsi dağıntılara məruz qaldı. Lakin qürurverici haldır ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün səfərbərliyə qoşulanlar sırasında 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qələbəsini tədrisə inteqrasiya etmək məqsədilə “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edildi. “Qələbə dərsləri” adı altında müxtəlif fənn və sinifləri əhatə edən mövzular hazırlanaraq Təhsil İnstitutunun rəsmi səhifəsində yerləşdirilib.
Ümumilikdə götürdükdə 2020-2021-cə tədris ilində əyani təhsil tam bərpa olunmadı. Təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı və "ARB Günəş” kanalında teledərslərin yayımını davam etdirdi. Məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə “Virtual məktəb”də yeni imkanlar yaradıldı.
2020-2021-ci tədris ilində 120 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılıb. 14 mindən çox şəxs peşə təhsili müəssisələrinə qəbul olunub. Peşə təhsili müəssisələrinə qəbul ilk dəfə olaraq elektron qaydada iki mərhələli şəkildə aparılıb. Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib. 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb. Pandemiya dövründə peşə təhsili və təlimi sistemində təhsilalanların tədris prosesində iştirakını təmin etmək üçün “Mədəniyyət” və “ARB Günəş” telekanallarında həftədə iki dəfə olmaqla teledərslər yayımlanıb. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 2 ixtisas üzrə yüksək texniki peşə - subbakalavr səviyyəsi üzrə tədrisə başlanılıb. Təhsil müddəti 3 il olan bu tədris proqramları üzrə təhsil alan tələbələr subbakalavr peşə-ixtisas dərəcəsi alacaq və müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə edəcəklər.
2020-2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb.
Tədris ilində Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. Pandemiya dövründə təhsil proqramlarının mənimsənilməsinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələrində dərslər müxtəlif onlayn platformalar üzərindən təşkil olunub.
2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin “SABAH” qruplarına tələbə seçimi aparılıb. 805 tələbə 29 ixtisas üzrə “SABAH” tələbəsi adını qazanıb. 2020-ci ildə 832 “SABAH” tələbəsi məzun olub.
Koronavirus (COVID-19) pandemiyası və 2020-ci ilin payız aylarındakı hərbi vəziyyətlə bağlı tədris prosesində yaranan fasilələrin fəsadlarının aradan qaldırılması, 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsinin distant (məsafədən) formada təşkilini nəzərə alınaraq Təhsil Nazirliyi iyunun 16-dan 30-dək ümumi təhsil müəssisələrində yay məktəbi təşkil edəcək. Ödənişsiz və könüllülük əsasında təşkil olunan yay məktəbində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin I-X sinif şagirdlərinin iştirak etdiyi yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat, V-X siniflərdə isə həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunması nəzərdə tutulur.
Tehsil-press.az