Milli Məclisdə əlilliyin təyin edilməsi ilə bağlı yeni qaydalar ikinci oxunuşda təsdiq edilib.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.
Əlillik dərəcəsi orqanizmin funksiyalarının pozulma dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.
Orqanizmin funksiyasının 31-60 faiz pozulması III qrup, 61-80 faiz pozulması II qrup, 81-100 faiz pozulması isə I qrup hesab olunacaq.
Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ikinci oxunuşda 13 deputat əlehinə səs verib.
Bu sırada Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Aqil Abbas da var.
Tehsil-press.az