Azərbaycan NATO ilə münasibətlərin inkişafı üzrə fəal təşəbbüslərlə çıxış edib - Hikmət Hacıyev

Azərbaycan NATO ilə münasibətlərin inkişafı üzrə fəal təşəbbüslərlə çıxış edib - Hikmət Hacıyev Azərbaycan NATO ilə münasibətlərin inkişafı üzrə fəal təşəbbüslərlə çıxış edib.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransında deyib.
O qeyd edib ki, Azərbaycanla NATO arasında siyasi dialoq ən səmərəli mexanizmlərdəndir və Azərbaycan təşkilatla əməkdaşlıq və dialoqun daha da genişlənməsini istəyir:
"Azərbaycan NATO-nun regional sabitliyi və təhlükəsizliyi diqqətlə izləməsini və birbaşa müdaxilə etməməsini qiymətləndirir. Azərbaycan post-münaqişə dövründə regional əməkdaşlıqda maraqlıdır və "Zəngəzur dəhlizi" regionda əməkdaşlığın uğurlu nümunəsinə çevrilə bilər".

Tehsil-press.az



Oxşar xəbərlər