Ceyms Appaturay: NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir

Ceyms Appaturay: NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir NATO ilə Azərbaycan arasında etibarlı tərəfdaşlıq mövcuddur.
Bunu NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıda “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı: gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri” mövzüsunda keçirilən tədbirdə deyib.
C.Appaturay bildirib ki, Azərbaycan Əfqanıstanda və digər ərazilərdə NATO missiyası çərçivəsində həyata keçirilən sülhməramlı tədbilərə dəstək verir:
“Həm Azərbaycan, həm də NATO bu əməkdaşlıqdan faydalanır. NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir”.

Təhsil-press.az

Oxşar xəbərlər