Erasmus+KA2 proqramı üzrə onlayn görüş

Erasmus+KA2 proqramı üzrə onlayn görüş Azərbaycan Texniki Universitetində (AzTU) Erasmus+KA2 proqramının “Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi” (CRENG) layihəsi üzrə ixtisas müəllimləri ilə növbəti onlayn görüş keçirilib.
Layihə üzrə əlaqələndirici Sübhan Namazov hər bir komponentə dair əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə məlumat verib.
Onlayn tədbirdə layihə çərçivəsində yerinə yetiriləcək işlər barədə müzakirələr aparılıb, mövcud çətinliklər, gözləntilər diqqətə çatdırılıb və növbəti hesabatlılıq müddətində yarana biləcək problemlərin həyata keçirilməsi üçün həll yolları təklif edilib. Sonra ixtisas kafedralarının professor-müəllim heyəti təkliflər səsləndirib və gördükləri işlər barədə məlumat veriblər.
Görüş zamanı layihə üzrə 24 aylıq hesabatın verilməsi üçün işçi qrupundan tələb olunan vəzifələr izah edilib. Belə tədbirlərin daha intensiv keçirilməsi və əldə edilən nəticələrin paylaşılması barədə qərar qəbul olunub.

Tehsil-press.az

Oxşar xəbərlər