Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları - dosent Fuad Daşdəmirov, dosent Allahverdi Şərifov və baş müəllim Nicat Zöhrabov nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi (CRENG) üzrə “Erasmus+ KA2” layihəsi çərçıvəsində Berlin Texniki Universitetində keçirilən təlimlərdə iştirak ediblər. Layihə çərçivəsində universitetdə CRENG laboratoriyasının yaradılması, laboratoriya üçün avadanlığın və “Anylogic” proqram təminatının alınması nəzərdə tutulur.
Təlimlərdə layihəyə uyğun olaraq müvafiq magistr proqramı (Nəqliyyat logistikası) üzrə tədris olunacaq fənlərin məzmunu, dərs saatlarının paylanması, müasir tələblərə uyğun yeni kurikulumun və tədris vəsaitlərinin hazırlanması barədə tövsiyələr verilib. Eyni zamanda, təlimlərdə müasir dövrdə nəqliyyat proseslərində yaranma ehtimalı olan risklər və onların aradan qaldırılmasının müasir üsulları ətrafında müzakirələr aparılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

AzTU-nun Mətbuat Xidməti