ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) keçirilən məhkəmə iclasında çıxış edən amerikalı müğənni Britni Spirs üzərində 13 ilə yaxındır davam edən qəyyumluğun ləğv edilməsini xahiş edib.
“Məni istəmədiyim bir şeyə məcbur etmək düzgün deyil. Bu qəyyumluq sona çatmalıdır”, - videobağlantı vasitəsilə çıxış edən ifaçı deyib. “Mən bədbəxtəm, mən yata bilmirəm, mən elə əsəbiyəm… Və mən depressiyadayam. Atam və bu qəyyumluqda əli olanların hamısı, o cümlədən mənim menecmentim həbsxanada olmalıdır”, - müğənni əlavə edib. “Mən həyatımın geri qaytarılmasını istəyirəm”, - öz ailəsini məhkəməyə verməyə hazır olduğunu vurğulayan Spirs deyib.
Qeyd edək ki, 2008-ci ildə ifaçı narkotik problemləri və psixi sağlamlığı ilə bağlı narahatlıqlar səbəbindən qismən fəaliyyət qabiliyyəti olmayan hesab edilib. 10 ildən artıq müddət ərzində müğənninin maliyyəsi, o cümlədən çoxmilyonlu trast fondu atası Ceyms Spirs və məhkəmənin təyin etdiyi vəkil tərəfindən idarə olunub. Müğənninin atası, həmçinin onun karyerası, müalicəsi və şəxsi həyatı ilə bağlı bir çox qərarlar qəbul edib. İfaçının bəzi pərəstişkarları iddia edirdilər ki, o, bunu istəmirdi, amma razılaşmağa məcbur idi.
2019-cu ildə Spirsin qəyyumu menecer Codi Montqomeri olub. O vaxt müğənninin atasının səhhəti ilə bağlı problemləri olub, onu bir neçə dəfə əməliyyat ediblər. 2020-ci ildə məhkəmə tərəfindən Britni Spirsə təyin edilmiş vəkil qəyyumluq şərtlərini dəyişməyi və ifaçının atasının ondan uzaqlaşdırılmasını təklif edib. Bu halda var-dövlətin idarə olunması Montqomeriyə keçə bilərdi. Bu ilin əvvəlində məhkəmə Britni Spirsə iclasda şəxsən çıxış etməyi icazə verib.
Məhkəmə hələ qəyyumluğun dəyişdirilməsi ilə bağlı yekun qərar qəbul etməyib. Müğənninin varidatı 60 milyon dollar məbləğində qiymətləndirilir. Britni Spirs bir sıra musiqi mükafatlarının, o cümlədən “Qremmi” sahibidir.
Tehsil-press.az