BDU-nun Jurnalistika fakültəsində növbəti elmi seminar

BDU-nun Jurnalistika fakültəsində növbəti elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində növbəti onlayn elmi seminar keçirilib. Seminarda Multimedia və elektron kommunikasiya kafedrasının doktorantı Mətanət Hüseynova “Televiziyanın maarifləndirmə prosesində cəmiyyətə əsas təsir formaları” mövzusunda məruzə ilə çıxış edib.
M.Hüseynova çıxışında kütləvi informasiya vasitələri içərisində televiziyanın qavrayış bütövlüyünə nail olunmasında daha güclü təsir imkanlarına malik olmasından bəhs edib. O, televiziyanın cəmiyyətin maarifləndirilməsi prosesində ənənəvi KİV ilə müqayisədə təsir imkanları baxımından bir addım öndə olduğuna diqqət çəkib.
Seminar iştirakçılarının sualları cavablandırılıb. Doktorantın elmi rəhbəri, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Allahverdi Məmmədli, professor və dosentlər çıxış edərək mövzu ilə bağlı rəylərini bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər