ABŞ-ın neft ehtiyatları azalır

ABŞ-ın neft ehtiyatları azalır Birləşmiş Ştatların xam neft ehtiyatları azalıb.
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 7,6 milyon barel (1,6 faiz) azalaraq 459,1 milyon barel olub. Bazar proqnozları ehtiyatların 3,6 milyon barel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 7,4 milyon barel azalmışdı. Ehtiyatlar ard-arda 5 həftədir azalır.
ABŞ-ın strateji neft ehtiyatları da 1,7 milyon barel geriləyərək 623,9 milyon barel olub.
Ölkənin benzin ehtiyatları hesabat həftəsində 2,9 milyon barel azalaraq 240 milyon barel təşkil edib. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2 milyon barel artmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər