AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun gənc alimləri beynəlxalq məkanda fəallıq göstərirlər.
Bu fəallıq həm beynəlxalq tədbirlərdə iştirakda, nüfuzlu xarici jurnallarda məqalələrin dərcində, həm də xarici sayt və telekanallar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əksini tapır.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərini əsasən ərəbdilli televiziya, radio kanalları və saytlar vasitəsilə dünya ictimaiyyətinə çatdıran gənc şərqşünas alimlər cari ilin birinci yarısında da fəal olaraq, xarici KİV-lərdə Vətən müharibəsindən sonra regionda vəziyyət və görülən işlər barədə, 20 Yanvar, Xocalı faciələri, 31 mart soyqırımı, eləcə də Şərqin müxtəlif problemlərinə dair müsahibələr verib, yazılar dərc etdiriblər.
Belə ki, institutun Din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elnur Mustafayevin “Xocalı: İnsanlığın faciəsi” məqaləsi İordaniya Haşimilər Krallığının “Neyruz”, Misir Ərəb Respublikasının “əl-Daulə”, İraqın “Əfkarul-hurra”, Suriya Ərəb Respublikasının “əl-Kitabat” informasiya portallarında dərc olunub. Bununla yanaşı, gənc alim “BBC-arabic” kanalına və radiosuna, ABŞ-ın “əl-Hurra” kanalına, mərkəzi Londonda olan “əl-Arabi” kanalına müsahibələr verib.
Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin kiçik elmi işçisi Samid Bağırov ikinci Qarabağ müharibəsi, onun nəticələri, postmüharibə dövrü ilə bağlı bir sıra xarici KİV-lərə, o cümlədən İranın ərəbdilli “Əl-Aləm” telekanalına müsahibələr verib.
Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İran İslam Respublikasının “Xudafərin” jurnalının 189-cu sayında fars dilində dərc olunub. Şərqşünas alimin “20 Yanvar faciəsi: Azərbaycan xalqını müstəqilliyə aparan yol” məqaləsi bir sıra Şərq ölkələrinin saytlarında da yayımlanıb. Məqalə İordaniyanın nayrouz.com saytında ərəbcə, Qazaxıstanın ea-news.kz və Özbəkistanın interpress.uz saytlarında rus dilində, İsveçdən yayımlanan farsdilli tribun.one saytında fars dilində dərc edilib. Alimin “Xocalı soyqırımı: insanlığın ən qanlı faciələrindən biri” məqaləsi isə Türkiyədən yayımlanan kriminsesigazetesi.com saytında türk dilində, Qazaxıstanın ea-news.kz və Özbəkistanın fikr.uz saytlarında rus dilində dərc olunub. Sübhan Talıblının, həmçinin müsahibəsi turkishnews.com/tr saytında dərc olunub.
Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi Yeganə Hacıyeva Yaponiyanın Tokio şəhərində təşkil olunmuş Müasir elmlərin innovativ araşdırmaları üzrə 3-cü beynəlxalq konfransda “Qarabağ müharibəsi və İran azərbaycanlıları” mövzusunda çıxış edib və məqalə konfransın materiallarında ingilis dilində çap olunub.
2021-ci ilin birinci yarısında Şərqşünaslıq İnstitutunun əməkdaşları xaricdə bir sıra beynəlxalq tədbirlərdə, elmi konfranslarda iştirak ediblər.
Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Namiq Məmmədov Fransada təşkil olunan V Beynəlxalq Paris Sosial Elmlər Konfransında “Alparslan Türkeşin Türkiyənin siyasi tarixində rolu” və Nyu-Yorkda təşkil olunmuş IV Beynəlxalq Konfransda “Türkiyədə 2002-ci il parlament seçkilərinin analizi” mövzusunda məruzələr edib.
İran filologiyası şöbəsinin böyük elmi işçi Günay Verdiyeva Türkiyənin Harran Universitetində keçirilən “Sosial və Humanitar Elmlər üzrə II Beynəlxalq Göbəklitəpə konqresi”ndə “Müasir Azərbaycan və fars dillərinin terminologiyasının bəzi aspektləri haqqında” mövzusunda məruzə edib.
Şərqşünaslığın tarixi və nəzəriyyəsi şöbəsinin müdiri Roida Rzayeva “XXI əsrdə sülh və təhlükəsizlik üçün konfessiyalararası əməkdaşlıq” V virtual konfessiyalararası harmoniya konfransında BMT-nin elan etdiyi “Konfessiyalararası harmoniya həftəsi”nə həsr olunan onlayn vebinarda “Dialoqun fəlsəfəsi” mövzusunda məruzə edib.
Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, dosent Sübhan Talıblı “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə “Çanaqqaladan Qarabağa Türk zəfəri” adlı Çanaqqala savaşının 106-cı ildönümünə həsr olunmuş onlayn konfransda çıxış edib.
Türk filologiyası şöbəsinin elmi işçisi Xanım Abdullayeva Beynəlxalq İqdır Sosial Elmlər Konfransında ilk türk novella yazarına dair məruzə edib.
Tehsil-press.az