Şərqşünas alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi dünya mediasında

Şərqşünas alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi dünya mediasında Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İranda nəşr olunan "Xudafərin" jurnalının 189-cu sayında fars dilində dərc edilib.
Şərqşünas alimin “20 Yanvar faciəsi: Azərbaycan xalqını müstəqilliyə aparan yol” adlı məqaləsi bir sıra Şərq ölkələrinin saytlarında da yayımlanıb. Məqalə İordaniyanın nayrouz.com saytında ərəbcə, Qazaxıstanın ea-news.kz və Özbəkistanın interpress.uz saytlarında rus dilində, eləcə də İsveçdən yayımlanan farsdilli tribun.one saytında fars dilində dərc olunub.
Məqalədə faciəni törədənlər, hadisələrin gedişatı və ağır nəticələri barədə ətraflı məlumat təqdim edilib və şərhlər verilib. S.Talıblı Bakıda baş vermiş hadisələrlə yanaşı, 1990-cı ilin yanvarında Neftçala və Lənkəranda da baş verən hadisələrdən ətraflı bəhs edib.

Tehsil-press.az

Oxşar xəbərlər