Koreya Respublikasınin Birləşmə Nazirliyi Cənubi Koreya Prezidenti və KXDR lideri arasında videokonfrans formatında yeni Koreyalararası sammitin keçirilməsi imkanlarının müzakirə edildiyi məktub mübadiləsi barədə məlumata malik deyil.
Bunu Birləşmə Nazirliyinin nümayəndəsi Seulda təşkil olunan brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Bir müddət öncə Cənubi Koreyada nəşr olunan qəzetlərdə Koreya Respublikasının Prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In arasında ikitərəfli təmasların müzakirə edildiyi yazılı mesaj mübadiləsinin baş tutduğu barədə məqalə dərc olunub. İddialara görə, hadisə may ayında Cənubi Koreya və Amerika arasında sammitin keçirildiyi dövrə təsadüf edib.
Nazirliyin nümayəndəsi, həmçinin aprel ayında Şimali Koreya ilə videodanışıqlar aparmaq üçün konfrans zalı tikildiyini və Koreyalararası virtual sammitin keçirilməsi üçün texniki imkanlara malik olduqlarını bildirib.
Tehsil-press.az