İlk övladı dünyaya gələn 10 gündən sonra əbədiyyətə qovuşan – şəhid baş çavuş Abdurəhman İsrafilov
...Bu iki müharibə – Birinci Qarabağ Savaşı və İkinci Vətən Müharibəsi Azərbaycan xalqı üçün çox amansız oldu. Müharibələr elə oğulları apardı ki, əvəzsiz və təkrar olunmaz... Anaları, ataları, bacı, qardaşları, nişanlı qızları, başlarından ağ duvaqlarını yenicə atmış, təzəcə ana olmuş gəlinləri və kimləri həsrətdə, gözü yolda qoydular... Bir nənənin iki nəvəsi, bir ananın həm oğlu, həm də nəvəsi, bir ananın iki oğlunun şəhid olduğunu, lakin ruhlarının sınıdrmadığını, başlarını dik tutduğunu da gördük... Hətta o anaları da gördük ki, səhərə kimi müharibədə həlak olduqları oğullarının məzarlarını qucaqlayan, onlara layla çalıb, mahnı oxuyanları da... Çünki, o oğullar Ana Vətən üçün vuruşmuş, elə Vətənin də qoynuna getdilər... cəsarətlə, vicdanla, qeyrətlə, namusla, qəhrəmanlıqla...
Vətən yolunda, el üçün canlarını fəda verən bu oğullar bir daha erməniyə öz murdar siyasətləri ilə torpaqlarımızı qəsb etməyə imkan verməyəcəkləriə and içmişdilər. Onlar həm də, erməni münaqişəsi başlayandan şəhidlərin intiqamlarını alacaqlarına and vermişdilər, kişi kimi də əməl etdilər...
Bu kişi qeyrətli oğullar arasında elə qəhrəmanlarımız, cəsurlarımız da var ki, onlar hətta döyüşlərdə iştirak edən zaman dünyaya gələn övladlarının belə üzlərini görməmiş, torpaqlarımızın erməni vandallarından təmizləyərkən şəhid olublar və əbədiyyətə qovuşublar...
...Uzun müddət Azərbaycan Silahlı Qüvvələrində (MAXE) kimi qulluq etmiş, baş çavuş Zaqatala rayonunun Qımır kəndindən olan şəhidlərimizdən biri də İsrafilov Abdurəhman İsrafil oğludur... Müharibəni zəfər qələbəsi ilə başa çatdırmaq onun niyyəti və tezliklə ata olmaq niyyəti ilə... ümidi ilə yaşayırdı bizim fədakarımız Abdurəhman...
Döyüşçü yoldaşları həmişə Abdurəhmana deyərdilər ki, “Təki bu amansız müharibə itkisiz qələbəmizlə qurtarsın, sağlıq-salamatlıq olsun gedərik. O gözəl, dilbər güşəsi olan Zaqatala övladının göz aydınlığına toplaşarıq...” Düzdür, onun sağ qalan hərbiçi yoldaşları bu diyara gəldilər. Ancaq şəhid qəbrini ziyarət etməyə, Abdurəhmansız onun ölümündən 10 gün sonra dünyaya gələn qız körpəsini görməyə.
Əvvəlki yazılarımda da qeyd etdiyim kimi Zaqatala rayonunun Qımır və eyni nümayəndəlikdə olan Bazar kəndi hərbiçilər kəndi adlandırılır. İsrafilovlar ailəsində də 3 oğlunun 3 –də (şəhid olan Abdurəhmanı nəzərdə tuturam. E.M.) hərbiçi olub... Milli Ordumuzun fəxrləri olan hərbiçilər...
...Etiraf edim ki, mən bu şəhidin dünyaya gəldiyi, böyüyüb boya – başa çatdığı həyətdə olarkən gərgin anlar yaşadım... Bu da səbəbsiz deyildi, bu barədə bir az sonra... İkinci Vətən Müharibəsi İsrafilovlar ailəsinə iki dəfə sarsıdıcı zərbə vurub. Ailə başçıları İsrafil kişi, Şəfiqə xanım, böyük oğlu Elşən, şəhid Abdurəhmanın əkiz qardaşı Abdulla, şəhidin gənc həyat yoldaşı Jalə xanım aldıqları zərbələrdən, həmin stresli anlardan hələ də özlərinə gələ bilmirlər, hələ də şokdadırlar... Təsəvvür edin ki, həyatda elə hadisələr baş verir ki, onları yaddan çıxara bilmirsən, çox ağrılı, acılı olsa da... Haqqında söhbət açdığım Azərbaycan Silahlı Qüvvələrinin əlaçı hərbi (MAXE) qulluqçusu İsrafilov Abdurahman İsrafil oğlu bu savaşda iki dəfə “həlak” olub.
Xatırlama: 27 sentyabr 2020 –ci il. Çörəyimizi yediyi, suyumuzu içdiyi harınlamış, mənfur ermənilər həmin gün Azərbaycana qarşı ardıcıl keçirdikləri təxribatların sonluğunda Azərbaycan və Ermənisatanla qanlı müharibəyə başladı... Torpaqlarımızın vicdanlı, qeyrətli oğulları düşmənə qarşı ölüm-dirim mübarizəsinə başladılar... Abdurahman da, Elşən də elə ilk gündən düşmənə qarşı mübarizəyə qalxdılar...
27 sentyabr 2020 –ci ilin ilk günündən döyüşə qatıldılar Müharibənin ilk günü, düşməni qəfil, xaincəsinə hücumu nəticəsində xeyli saya şəhid və yaralılarımız oldu... Həmin gün axşam saatlarında Zaqatala rayonuna xəbər yayıldı ki, rayona bir neçə şəhid tabutu gətirilib... Bir tərəfdən müharibənin başlanması, digər tərəfdən ölüm xəbərləri vətəndaşlar arasında çaxnaşma yaratdı...
“...28 sentyabr 2020 –ci il tarixində isə ailəmizə xəbər verdilər ki, oğlum Aburəhman Vətən Müharibəsinin ilk günündə qəhrəmanlıqla həlak olub və günorta saatrında dəfn mərasimi keçiriləcəkdir... Əvvəlcə rayonumuzun Yeni Suvagil kəndində İkinci Qarabağ Müharibəsinin ilk şəhidinin (Zaqatala rayonundan olan müharibənin döyüş əməliyyatları zamanı düşmənin atdığı mərmi qəlpəsindən həlak olan Elvin Azər oğlu Qədirov nəzərdə tutulur. E.M.) dəfn mərasimi keçirildikdən sonra kəndimizə gəlib oğlumuzu son mənzilə yola salacaqlar... – deyə astaca, udquna-udquna, kədərli-kədərli həmin vaxtlar başına gələn bəlaları nəql etməyə başladı. Bu məqamları danışmaq həqiqətən də çox dəhşətli idi...” Şəhid atası İsrafil kişi bu faciəli hekayəni davam etdirir:
“Qımır kəndinin icra nümayəndəsi, bələdiyyə sədri, RİH –dən bir neçə əməkdaşı həyətimizə gələrək, mənə toxtaqlıq verərək, dedilər ki, artıq oğlunun nəşi olan üç rəngli bayrağa bükülmüş tabutu gətiriblər... 28 sentyabr 2020 –ci il saat 13-14 radələri olardı... Dilim qurumuşdu, söz tutmurdu, yerimdən tərpənə bilmirdim. Necə bəyəm, oğlum Abdurahman doğurdanmı ölüb?!... İnana bilmirdim ki, düşmən onu hədəfə alar? Həyat yoldaşım xəbəri eşidən andan bayılmışdı, oğlanlarım elə bil “dəli” olmuşdular. Artıq qəbristanlıqda qəbir də qazılmışdı. Hiss edirdim ki, həyətimiz, küçələr adamlarla dolmuşdu... Artıq son din mərasimi keçirilib, şəhid balamız torpağa tapşırılmalıydı... Elə bu məqamlarda, sanki hər tərəfə bir anda su səpələndi... Heç kim dinmirdi, bayrağa bükülmüş tabut da ortaya qoyulmuşdu... Nəhayət, oğlum Abdulla mənə yaxınlaşıb astaca dedi: “Ata, səbirli ol, oğlunuz sağdır. Abdurəhmanın kənddəki dostuna zəng edib, sağlıq-salamatlıqdır....!” – deyib. Bəs, bu tabutdakı nəş kimə məxsusdur?... Ax, ax... deyərək, köks ötürdüm... Birinci kədərli anın xronikası İsrafilovlar ailəsinə beləcə çətin, mürəkkəb anlar yaşatdı...
...Sonradan məlum olub ki, müharibənin ilk günü həlak olan əynində Abdurəhmanın hərbi kiteli olan nəşi respublikanın başqa bölgəsindən olan tabor komandirinin nəşi imiş. Ey fani dünya gör nələr baş verirmiş, Ax, müharibə, müharibə...!
...Bu nakam taleli şəhid baş çavuş (MAXE) Abdurəhman İsrafil oğlu İsrafilov 1991 –ci ilin iyunun 11 -də Zaqatalanın Qımır kəndində dünyaya göz açıb. Uşaqlıq və məktəb illərini qanlı-qadalı illərdə keçirib. Azərbaycan və Ermənistan arasında gedən qızğın müharibə dönəmində ölkəmizin ən ağır vaxtlarında...
...Hərbiçilər kəndi Qımırda olan zaman bu şəhid ailəsinə baş çəkdim. Əvvəlcə Abdurəhmanın valideynləri, əzizləri ilə görüşdüm. Kənddə şəhidin yaşadığı evlərdə daima üç rəngli Azərbaycanımızın al bayraqları dalğalanır... Yenə də sadə, qüssəli, oğullarının yolunu gözləyən İsrafil kişi, danışdığı ilk kədərli anlardan sonra psixoloji sarsıntı keçirmiş, stresdən kar və lal olmuş Şəfiqə ana... şəhid anası... şəhidin əkiz qardaşı Abdulla... Çox çətinliklə onlarla söhbət edirəm. Abdulla deyir ki: “...Biz 3 qardaş olmuşuq... Düzdür, bizdən əvvəl dünyaya gələn 2 qardaş və 2 bacımız vaxtsız dünyasını dəyişiblər. Ailəmizin böyük övadı olan 1979 –cu il təvəllüdlü Elşən birinci olaraq hərb yolunu seçib. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib. Əsgərliyi başa vurandan sonra isə müddətli hərbi xidmət üçün müqavilə bağlayaraq (MAXE) hərbi qulluqçu kimi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində davam etdirir. 3 övlad atası olan Elşən hazırda baş gizirdir. O, da İkinci Vətən Müharibəsində iştirak edib, düşmən üzərində qələbə qazanılmasında böyük rolu olub. Biz də, böyük qardaşımız kimi hərbiçi olduq. Amma valideynlərimiz bu yolu seçəndə tərəddüd etmişdilər. Həmin vaxt atamız belə demişdi: “Ay balalar, qardaşınız hərbiçidir də, qanlı-qadalı vaxtlardır, müharibə səngiməyib... Siz başqa sahə seçə bilərsiz... Biz inadımızdan dönmədik...”
Şəhid qardaşının söylədiyinə görə, özü cəbhə bölgəsi Füzuli rayonunda həqiqi hərbi xidməti başa vurduqdan sonra müqavilə əsasında MAXE kimi Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsində 2 il hərbi qulluğunu çəkib. Abdulla İsrafilov qeyd etdi ki, xəstəliyi ilə əlaqədar hərbi qulluğunu yarımçıq qoyub... İki övlad atası olan şəhid Abdurəhmanın qardaşı Abdulla.
...Haqqında söhbət açdığım Vətən Müharibəsinin qəribə taleli şəhidi, Abdurəhman İsrafilovun həlak olması da həyatı kimi fəsadlarla dolu olub. Belə ki, müharibənin başlandığı gün şəhid olması barədə məlumatın yayıldığı, hətta tabutu yaşadığı evin həyətinə gətirilən və sonradan onun dostuna zəngindən sonra “sağ” olması barədə xəbər çıxan və 24 gündən sonra həqiqətən də döyüş əməliyyatlarının birində ölümü gerçəkləşən hərbi qulluqçu...
...Abdurəhman İsrafil oğlu İsrafilov 1991 –ci il iyun ayının 11 –də Zaqatala rayonunun Qımır kəndində sadə kəndli ailəsində dünyaya göz açıb. O, uşaqlıqdan cəld, diribaş və əməksevər olub. Ailə üzvlərindən öyrəndik ki, Abdurəhman şəhid İsgəndər Məmmədov adına Qımır kənd orta məktəbində oxuyandan böyük qardaşı kimi hərbiçi olmaq arzusu ilə yaşayıb. Qardaşı Abdulla deyir ki, əkiz qardaşı məktəbdə hərbi hazırlıqdan, fiziki bədən tərbiyədən, tarix və coğrafiya fənlərindən həmişə yaxşı qiymətlər alardı... Məktəbi müvəffəqiyyətlə bitirməsinə baxmayaraq Abdurahman təkidlə hərb yolunu seçdi. O, 2009 –cu ildə kənd tam orta məktəbini bitirdikdən sonra bir müddət təsərrüfat işlərində valideynlərinə yaxından köməklik edib və... Abdurahman 2009 –cu ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb və həvəslə, vətənpərvərlik hissləri ilə əsgərliyə gedib... Abdurəhman İsrafilov hərbi xidmətini cəbhə bölgəsi olan Füzuli rayonunda döyüş mövqelərində keçirib daha da mətinləşib, hərbi təcrübəsini artırıb, qorxmaz, cəsarətli olub, hərbi silahlarının da sirlərini dərindən öyrənib və hərbi xidməti dövründə nümunəvi əsgər kimi seçilib, xidmətini uğurla başa vurub...
“...O, mənnən tanış olanda Abdurəhman artıq müqavilə əsasında (MAXE) hərbi qulluqçu kimi xidmət edirdi. Böyük qardaşı Elşənin yolunu seçmişdi hərbidə böyük həvəslə, ürəkdən, vicdanla xidmət edirdi... Abdurəhman çox həssas, diqqətcil, uzaq görən hərbiçiyə xas müsbət xüsusiyyətləri daha çox olan insan idi...
...Onun xasiyyətlərinə bələd olsam da, ikimizdə əvvəlcədən düşünülmüş addım atmağı da qərara almışdır. Çünki, mən də orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinə qəbul olunmuşdum...
Beləcə bizim məhəbbət, sevgi dastanımız 6 il davam etdi, enişli-yoxuşlu, daşlı-kəsəkli eşq yolu... Daima, cəbhə bölgələrində hərbi qulluqçu kimi xidmət etmiş, Abdurahman tələbəlik illərində də mənə qarşı çox diqqətcil, həssas və qayğıkeş olub. Həmişə mənimlə əlaqə saxlayıb, vəziyyətimlə maraqlanıb. Unutmayaq ki, onun xidmət etdiyi zamanı da döyüş bölgələrində vəziyyət çox gərgin idi. Ancaq buna baxmayaraq Abdurahman məni yaddan çıxartmırdı... Bu həmsöhbətim el-xalq yolunda cavan canını, gənc ailəsini qurban vermiş şəhidin həyat yoldaşı Jalə xanımın dedikləri idi... O, indi 8 aylıq şəhid atasının üzünü görmədiyi qız balası Nilayla atasının və anasının yanında yaşayır (şəhidin həyat yoldaşının körpə balası ilə atası evində yaşamasının, incə, dərin, mürəkkəb, sirrli, bir az da təsirli səbəbləri vardır. Hələlik açıqlamağı mümkün olmayan. E. M.)...
Ax, müharibə, müharibə, ağrılı, acılı, qanlı, qadalı müharibə!... ömürləri, sevgiləri, həyatları, şirin arzuları yarımçıq qoyan müharibə... Belə yerdə deyirlər ar olsun müharibə törədənlərə, ar olsun...!
Bəli, şəhidin ailəsi ilə görüşmək üçün Jalə xanımın atası evində oldum. Ətraflı, dəqiq məlumat almaq məqsədi ilə...
...Şəhidin yarımçıq qalmış, segvi yolunun cəmi 2 ilə yaxın ailə həyatı yaşamış xanımı Jalə 2017 –ci ildə iyul ayında Azərbaycan Pedaqoji Universitetinin
Riyaziyyat-İnformatika fakültəsini müvəffəqiyyətlə bitirdi... Jalə mülayim səslə, kövrələrək danışır: “O, mənim ali təhsil almağıma maraqlı idi. Diplom alanda isə uşaq kimi sevinmişdi... Çoxlu arzu, niyyətlərimiz var idi, dünyaya gələcək övladımızın sağlam mühitdə və Vətənə, doğmalarına sevgi ruhunda böyütmək idi. Vədləşdiyimiz kimi, ağsaqqallarımızın, valideynlərimizin xeyir-duası ilə ailə həyatı qurduq. Toymuz 2018 –ci ilin 12 oktyabr tarixində Zaqatala şəhərində “Ulduz” şadlıq sarayında keçirildi... Çox şən, maraqlı, oynaq keçdi, xatirələrə, röyalara dönən bizim Abdurahmanla olan toyumuz... Sonu kədərlə, qəmlə bitən ailə həyatı qurduq... Xəyallara, xülyalar dönmüş o məhəbbət hekayəsi... Heç olmazsa körpə qızımız Nilayın üzünü görərdi, əzizlyərdi, bala sevincini, təbəssümünü yaşayardı, qığıltısını eşidərdi – Vətəni hər şeyə dəyişən Abdurahman...
Həyəcanlanır, narahatlıq keçirir... Jalə xanım... Nilay isə körpə baxışlarını qapıya zilləyib... Kiminsə gəlməsini gözləyir...
...Qeyd edək ki, Abdurahman İsrafilov həqiqi hərbi xidmətindən sonra Dövlət Sərhəd Qoşunlarında 4 il 6 ay Müdafiə Nazirliyinin hərbi hissəsində isə 2 il 6 ay xidmət edib.
Abdurahman İsrafilov təcrübəli, nümunəvi hərbi qulluqçu kimi həmişə ön cəbhədəki mövqelərdə qulluq edib. Bölük komandiri olub. Döyüşə hazırlıq təlimlərində fəal iştirak edib, hərbimizin bütün sınaqlarından uğurla çıxıb...
Xatırlama: 27 sentyabr 2020 –ci ildə İkinci Vətən Müharibəsi başlayan kimi Abdurahman İsrafilovun bölüyü ön xətdən döyüş əməliyyatlarına başlayıb... Həmin vaxt Abdurahman cəbhənin bir tərəfində böyük qardaşı, baş gizir Elşən isə digər tərəfindən erməni daşnaklarına qarşı döyüşürmüş, hamımızın (məmurdan, adi fəhləyədək, hətta müharibə başlayan kimi dədələrinin pulları sayəsində “qırmızı pasport” alanların da E.M.) Azərbaycan Respublikasının əsarət, işğal altında olan torpaqlarının azadlığı, düşməndən təmizlənməsi uğrunda əsil Vətən igidləri kimi...
Onun döyüş yolu Ağdam–Tərtər–Suqovuşan-Hadrut-Füzuli-Zəngilan-Cəbrayıldan keçib... Qanlı, odlu-alovlu, ölüm, itkili döyüş əməliyyatlarını təşkil ediblər – bizim igidlər...
Abdurahmanın tabor komandiri müharibənin elə ilk günü həlak olub. Eyni zamanda 27.09.2020 –ci il tarixindən sonrakı döyüşlərdə onun silahdaşlarındn neçələri şəhidlik zirvəsinə ucaldılar, neçələri isə yaralandılar...
Belə məqamlarda isə... Abdurahmanda düşmənə qarşı nifrət, qisas hissi daha da artırdı...
Qardaşı Abdulla dedi ki: “Qardaşımın məzarını ziyarətə gələn hərbiçilər deyiblər ki: “Abdurahman həmişə deyərmiş ki, “mən son damla qanımadək vuruşub, bütün şəhidlərin, qazilərin qanını yerdə qoymayacağam, hətta şəhid də olacağam, amma düşmənə göz dağı verəcəyəm.” O, belə də etdi...”
Cəsur el oğlumuzun həyat yoldaşı Jalə xanım deyir ki, “Abdurahman həlak olub” deyə birinci dəfə tabutu gətirəndə dərin stress keçirdim. Uzun müddət müalicə olundum. Nə yaxşı ki, övladıma heç nə olmadı. Vətən cəfakeşinin həyat yoldaşı əlavə ki, “Abdurahman tez-tez ailəsi ilə telefon əlaqəsi saxlayar, qısa şəkildə deyərdi ki, “özünüzdən muğayat olun, biz yaxşıyıq...””
Jalə xanımın dediklərindən: “Abdurahman sonuncu dəfə 09.10.2020 –ci il tarixində mənimlə danışdı. Danışığında narahatçılıq, nigarançılıq hiss olunurdu. Dedi ki: “balamdan möhkəm muğayat ol, qızımı sənə əmanət edirəm, çox fikir etmə, mən geri dönməsəm də ona həm də çox qayıkeş ata olacağam... Müharibədir, ölüm qaşla-göz arasındadır. Namərd düşmən atəş açanda seçim etmir... Salamat qalın, Nilayı mənim əvəzimə də öpün...!” Souncu dəfə onun səsini eşitdim. Sanki vida deyirdi Abdurahman. Körpəsi üçün çox darıxmışdı. Elə bil həmin telefo danışığından sonra nəsə hiss etmişdim, Çox nigaran idim. Demə Abdurahmanın son yaşam anları idi...
Və nəayət.... 10 sentyabr 2020 –ci il tarixdə hərbi qulluqçu Abdurahman İsrafilovun ailəsində qız uşağı dünyaya gəldi... Hamı göz aydınlığı verdi... Ancaq, Abdurahman ilk şirin-şəkər balasını görə bilmədi...
Daha bir səhifə açıldı: 21 oktyabr 2020 –ci il tarixində Füzuli uğrunda gedən döyüşlərdə düşmənin qüvvələri qəfildən Azərbaycanın Silahlı Qüvvələrinə hücum etdilər, düşmən artileriyasının atdığı çox saylı mərmilər nəticəsində döyüşçülərimizdən yenə itkilər oldu... Elə həmin gün, 9 il hərbi qulluqçu (MAXE) kimi nümunəvi xidmət etmiş, baş çavuş Abdurahman İsrafil oğlu İsrafilov qəlpədən aldığı yaralardan qəhrəmancasına həlak olub, şəhidlik zirvəsini fəth etdi, elin gözündə bir daha ucaldı... Tarix yazmış bir qəhrəman kimi... 10 günlük körpə balasını belə görməyən şəhid Abdurahman İsrafilovun üçrəngli bayrağa bükülmüş nəşi 22 oktyabr 2020 –ci il tarixində Qımır kəndinə İsrafilovların həyətinə gətirildi. Bu dəfə birinci əfsanə, həqiqətə çevrildi, acı bir həqiqətə... Abdurahman gerçəkdən şəhid oldu... əbədiyyətə qovuşdu... ömrünün 28 dönəmində... Həmin gün Qımır kəndinin sakinləri, ictimaiyyət nümayəndələri, hərbiçilər və onu sevənlər, ürəkdən bağlı olanlar Abdurahmanı son mənzilə yola saldılar, fəxarətlə, böyük qürurla... kənddəki Şəhidlər Xiyabanında...
Bu anda həyat yoldaşı Jalə xanımın sözləri yadıma düşdü: “Biz, təmiz, ülvi bir məhəbbətlə evdik, yaşadıq, ailə qurduq, yenə də bir-birimizi sevdik, övladımız dünyaya gəldi, yenə də bir-birimizi unutmadıq. Qanlı-qadalı müharibədə olsa da, o, da bizi unutmadı...Abdurəhman. Bilə-bilə, düşməni məhv edə-edə düşmənin üstünə, ölümə getdi... İndi ümidim qurban olduğumadır. Mənim indi ən böyük vəzifəm şəhid həyat yoldaşımdan əmanət qalmış, Nilay balamızı sağ-saıamat, atasına layiq böyütməkdir. Mənə qarşı olan bütün təzyiqlərə, təhdidlərə, saymamazlığa və biganəliyə baxmayaraq. Dözürəm, Abdurahmanın ölümünə də, bütün bu yaşadıqlarıma, mənə yaşatdıqlarına da dözürəm. Təkcə o, balamızı sağ-salamat mühitdə böyütmək üçün... Bir də unutmayın ki, mənim valideynlərim məni və tək qardaşımı əziyyətlə də olsa, halal çörəklə böyüdüblər. Onlara qurban olu! Allah onları qorusun! Həm də mən fəxarətlə deyə bilərəm ki, mən Vətən yolunda şücaət göstərərək, həlak olan, şəhid Abdurəhman İsrafilovun həyat yoldaşıyam...”
Bəli, qəhrəmanlar can verir ki, Vətəni yaşatmaq üçün. Abdurahman İsrafilov kimi, Allah Rəhmət eləsin! Ruhun şad olsun!
...Son gedişindən qalan izlər və yollara dikilən gözlər... Bu gözlər o, ölməz şəhidi gözləyir... ümidlə, intizarla və sevgi həsrəti ilə...
Reallıq isə göz önündədir...
Prezidentin sərəncamı ilə Vətənə ürəkdən, əsil hərbiçi kimi xidmət etmiş Abdurahman İsrafilov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azadlığı uğrunda” medalları ilə təltif edilib...
O, ölməz bir qəhrəmandır, mərddir və hamımızın xilaskarı, fəxarətidir... Əhsən, belə övladları böyüdən valideynlərinə! Onların qarşısında baş əyirik, baş əyirik.
Halal olsun, Vətənin xilaskarının yadigarının anasına – Jalə, daima məğrur ol!

Altı illik məhəbbətin qəmli sonluğu...

Elman Maliyev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan Jurnalistlər Birliyinin üzvü