Mədəniyyət və İncəsənət Universitetinin tələbəsinin beynəlxalq uğuru

Mədəniyyət və İncəsənət Universitetinin tələbəsinin beynəlxalq uğuru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) operator sənəti ixtisası üzrə təhsil alan tələbəsi Sadıq Əliverdibəyli “35 awards” tərəfindən təşkil edilən beynəlxalq fotomüsabiqədə iştirak edib.
Müsabiqədə S.Əliverdibəylinin çəkdiyi foto “Planetin mədəni yerləri (Cultural landmarks of the planet)” nominasiyası üzrə 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, 2020-ci ilin dekabrından 2021-ci ilin aprelinədək davam edən fotomüsabiqəyə 115 ölkədən 15 min 914 foto təqdim olunub. Müsabiqəyə ümumilikdə 5 min 658 fotoqraf qatılıb.

Tehsil-press.az


Oxşar xəbərlər