“Güclü olduğumuzu sübut etdik” - Kyeza

“Güclü olduğumuzu sübut etdik” - Kyeza “Çox çətin oyun oldu, İspaniya yaxşı komandadır, amma güclü olduğumuzu sübut etdik”.
Bu sözləri Avro-2020-nin yarımfinalında İspaniya üzərində qələbə qazanan İtaliya yığmasının üzvü Federiko Kyeza deyib.
O, final barədə də danışıb:
“Özümüzə gəlməyimiz üçün bir neçə günümüz var. Kifayət qədər vaxtımız olacaq. Daha yaxşı nəticələr əldə etmək, finalda qalib gəlmək istəyirik”.

Tehsil-press.az


Oxşar xəbərlər