Prosineçki: İlk ev oyunumuzda qələbə qazanmaq istəyirik

Prosineçki: İlk ev oyunumuzda qələbə qazanmaq istəyirik "İlk ev oyunumuzda qələbə qazanmaq istəyirik".

Tehsil-press.az-n AFFA-ya istinadən verdiyi məlumata görə, bunu DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan – Norveç oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçki deyib.
Baş məşqçi komandanın 5 gündür hazırlığa başladığını deyib: "Hazırlıq prosesindən razıyam. Düzdür, zədəli futbolçularımız olduğu üçün tam heyətlə məşq edə bilməmişik. Amma seçmə mərhələdə ilk ev oyunumuzda qələbə qazanmaq istəyirik. Norveç yığmasının güclü rəqib olduğunu bilirik. Seçmə mərhələyə Almaniya yığmasına məğlubiyyətlə başlamalarına baxmayaraq, rəqibimizin heyətində Avropanın bir sıra tanınmış komandalarında çıxış edən futbolçular var. Bununla belə, bizi daha çox öz hazırlıq səviyyəmiz maraqlandırır. Sabahkı oyunda qələbə qazanmaq istəyirik".
R.Prosineçki komandasına güvəndiyini bildirib: "İnanıram ki, Norveç yığması ilə oyundan sonra azarkeşlərin Azərbaycan milli komandasına münasibəti yaxşı mənada bir qədər də dəyişəcək. Azarkeşlərdən stadiona gələrək millini dəstəkləmələrini xahiş edirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər