İnşaat mühəndisliyi ixtisasının perspektivlərinə dair vebinar təşkil olunacaq

İnşaat mühəndisliyi ixtisasının perspektivlərinə dair vebinar təşkil olunacaq “Azərbaycanda inşaat mühəndisliyinin perspektivləri: inşaat mühəndisliyi məzunları üçün karyera seçimləri” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində “Mott MacDonald” şirkətində inşaat mühəndisi kimi çalışan Arzu İmanlı çıxış edəcək. Arzu İmanlı 2018-ci ildə “University College London”un İnşaat mühəndisliyi fakültəsinin bakalavriat dərəcəsini bitirib. Daha sonra eyni fakültədə magistratura təhsili alıb.
2017-2018-ci illərdə “Skanska” tikinti şirkətində 3 aylıq yay təcrübəsi keçib. Bu şirkətdəki yüksək nailiyyətlərinə görə “İlin təcrübəçisi” seçilib və təqaüd qazanıb. 2019-cu ildə magistratura təhsilini bitirdikdən sonra “Mott MacDonald” tikinti şirkətində inşaat mühəndisi kimi karyerasına davam edib. Hazırda şirkətin ən böyük 3 layihəsində əsas infrastruktur mühəndisi kimi çalışır.
Vebinarın keçirilməsində əsas məqsəd inşaat mühəndisliyi ixtisasının perspektivlərinin müzakirəsi, Azərbaycanda sözügedən ixtisasın inkişafı, habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində inşaat mühəndisliyi ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul barədə ətraflı məlumatın verilməsidir. Vebinar ikili diplom proqramı çərçivəsində inşaat mühəndisliyi ixtisasının təşviqatı üçün nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər