Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri yayda İngiltərənin “PD&MS Group” şirkətində təcrübə keçəcəklər. Bu, universitetin rektoru, professor Gülçöhrə Məmmədovanın “PD&MS Group” şirkətinin Azərbaycan üzrə meneceri Kevin Peake ilə görüşündə razılaşdırılıb.
Görüş zamanı neft və qaz qurğularının mühəndisliyi ixtisası üzrə universitetlə şirkət arasında əməkdaşlığın formaları, tədris planı üzərində birgə dəyişikliklərin aparılması, müəllim və tələbələrin şirkətdə təcrübə keçmələri məsələləri müzakirə olunub.

Hüseyn Əliyev