Mayın 30-da təhsil naziri Ceyhun Bayramov “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Zoya Zaitseva ilə görüşüb.
Görüşdə Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə məlumat verib.
Sonra Azərbaycanın ali təhsil müəssisələrinin QS reytinqində təmsil olunması ətrafında fikir mübadiləsi aparılıb.

Mətbuat Xidməti