BDU-nun Elmi şurasının növbəti iclası keçirilib

BDU-nun Elmi şurasının növbəti iclası keçirilib Bakı Dövlət Universiteti (BDU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.
İclasda 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi haqqında qərar qəbul edilib. BDU-da 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını nümayiş etdirməsi üçün bütün şərait yaradılacağı vurğulanıb. COVID-19 pandemiyasının tədrisdə yaratdığı çətinlikləri, habelə onlayn dərslərə qoşulmaqda çətinliklərlə üzləşən, müntəzəm qoşula bilməyən tələbələri nəzərə alaraq bütün təhsilalanlar üçün müəyyən güzəştlərin tətbiq ediləcəyi haqqında qərar qəbul edilib.
Sonra iclasda Filologiya fakültəsinin və BDU-nun nəzdində Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitutunun 2020-ci il üzrə hesabatları dinlənilib. BDU-da Mükəmməllik Mərkəzinin yaradılması haqqında qərar qəbul olunub.

Tehsil-press.az


Oxşar xəbərlər