BDU-da Elmi şuranın növbəti onlayn iclası keçirilib

BDU-da Elmi şuranın növbəti onlayn iclası keçirilib Bakı Dövlət Universiteti (BDU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.
Tədbirdə əvvəlcə 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
BDU-nun rektoru Elçin Babayev 2020/2021-ci tədris ilinin yaz semestri üzrə onlayn dərslərin gedişi və təcrübələr haqqında məlumat verib.
Sonra Sosial elmlər və psixologiya fakültəsinin və Nanoaraşdırmalar Elmi-Tədqiqat Mərkəzinin 2020-ci il üzrə hesabatı dinlənilib. Hesabatda innovasiyaların dəstəklənməsi sahəsində fəaliyyətin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq və əlaqələr, tədris prosesinin elmi tədqiqatlar və istehsalatla əlaqələndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması və sair barədə ətraflı məlumat verilib.
Şura işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.

Tehsil-press.az


Oxşar xəbərlər