BDU-nun əməkdaşı Harvard Universitetinin ixtisasartırma kurslarında iştirak edib

BDU-nun əməkdaşı Harvard Universitetinin ixtisasartırma kurslarında iştirak edib Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının böyük laborantı Nurlan Əmrahov Harvard Universitetinin təşkil etdiyi biokimya və genetika fənləri üzrə ixtisasartırma kurslarında iştirak edib.
Kurslarda müasir dövrdə gen analizlərinin aparılması metodlarının nəzəri bilikləri, seleksiya və gen modifikasiyasının həyata keçirilməsində önəmli informasiya və müasir biokimyəvi analizlərin aparılmasının nəzəri bilikləri əldə olunub.
Genetika ixtisası üzrə tədris prosesində eukariot (insan, heyvan və bitki) və prokariot (bakteriyalar) hüceyrələr səviyyəsində gen və genom, xromosom abberasiyalar, Mendel qanunları əsasında irsiyyətin təşkili və ortaya çıxan genetik problemlər, populyasiya genetikası, genom sekvensinqi, abiotik və biotik stresslərə qarşı davamlılığın müəyyən edilməsi, ümumi və xüsusi əlamətlər üzrə biliklər öyrədilib. Biokimya üzrə təlimlərdə isə eukariot, prokariot orqanizmlərdə və viruslarda biokimyəvi proseslərin təşkili, hüceyrə və toxuma səviyyəsində siqnal prosesləri, energetik (termodinamik) proseslərin hüceyrələr və orqanoidlər səviyyəsində öyrənilməsi, hüceyrələr arasında biokimyəvi mexanizmlər əsasında əks əlaqənin qurulması tədris edilib.
Tədris prosesi Harvard Universitetinin tədqiqatçıları - Cristine De Gennaro, Robert Green, Carrie Blond, Kevin Bonham və Ole-Petter Hamvik tərəfindən aparılıb.
Kursun yekun imtahanında Nurlan Əmrahov yüksək nəticə göstərərək “Nailiyyət sertifikatı”na layiq görülüb.

Tehsil-press.az


Oxşar xəbərlər