Genetik Ehtiyatlar İnstitutu: aqronomluq və biologiya ixtisasları üzrə təhsil alan magistrantlar onlayn imtahan veriblər

Genetik Ehtiyatlar İnstitutu: aqronomluq və biologiya ixtisasları üzrə təhsil alan magistrantlar onlayn imtahan veriblər AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda yay imtahan sessiyası onlayn davam edir.
Aqronomluq və biologiya ixtisasları üzrə təhsil alan birinci kurs magistrantlar “Zoom” proqramı vasitəsilə molekulyar genetika və populyasiya genetikası fənlərindən imtahan veriblər. İmtahan prosesində AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak edib.
Qeyd edək ki, elmi müəssisənin birinci kurs üzrə beş magistrantı bitkilərin mühafizəsi, bitki seleksiyası, insan genetikası və genetika ixtisaslaşması üzrə təhsil alır.

Tehsil-press.az

Oxşar xəbərlər