UNEC professor-müəllim heyəti və tələbələr üçün məqalə müsabiqəsi keçirəcək

UNEC professor-müəllim heyəti və tələbələr üçün məqalə müsabiqəsi keçirəcək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr edilən məqalə müsabiqəsi elan olunub.
Müsabiqənin məqsədi UNEC-in professor-müəllim heyəti və tələbələrinin dövlət müstəqilliyinin bərpası ilə bağlı dövri mətbuatda məqalələr dərc etdirmələrinin təşviqidir.
Təqdim olunmuş məqalələr UNEC-də yaradılmış komissiya tərəfindən dəyərləndiriləcək və qaliblər mükafatlandırılacaq.
Professor-müəllim heyəti üçün mükafatın məbləği I yer üzrə 500 manat, II yer üzrə 300 manat, III yer üzrə 200 manat, tələbələr üçün mükafatın məbləği I yer üzrə 300 manat, II yer üzrə 200 manat, III yer üzrə 100 manat müəyyənləşdirilib.
Müsabiqədə iştirak etmək istəyənlər dövri mətbuatda nəşr etdirdikləri məqalələrin elektron variantını (word və ya pdf formatda) və məqalənin nəşr olunduğu saytın (rəsmi sayt olmalı) linkini və ya qəzet və jurnalların surətini [email protected] ünvanına göndərməlidirlər.
Məqalə 5-7 səhifə həcmində olmalıdır. Yalnız dövri mətbuatda nəşr olunmuş məqalələr müsabiqədə iştirak edə bilər. Məqalədə müəllifin adı və soyadı, professor-müəllim heyətinin çalışdığı kafedra, tələbənin təhsil aldığı fakültənin adı və qrupu qeyd olunmalıdır.
Məqalələrin qəbulu sentyabrın 30-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər