Rusiya Prezidenti regionda vəziyyətin nizamlanmasında səylərinə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Rusiya Prezidenti regionda vəziyyətin nizamlanmasında səylərinə görə Azərbaycan Prezidentinə təşəkkür edib Regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Prezident Vladimir Putin deyib: “Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər