İlham Əliyevlə Putin sərhəddəki vəziyyətdən də danışdı

İlham Əliyevlə Putin sərhəddəki vəziyyətdən də danışdı Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığı baş tutub.
Telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədində bu yaxınlarda baş vermiş hadisələrə diqqət yetirilib.
Azərbaycan və Rusiya prezidentlərinin ümumi fikrinə görə nizamlama yalnız siyasi-diplomatik metodlarla aparılmalıdır. Vladimir Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə edilməsinə yönəlmiş konsultativ köməklik göstərməyi davam etdirəcək.

Tehsil-press.az



Oxşar xəbərlər