ADU-nun professorunun həmmüəllif olduğu məqalə beynəlxalq jurnalda dərc edilib

ADU-nun professorunun həmmüəllif olduğu məqalə beynəlxalq jurnalda dərc edilib Azərbaycan Dillər Universitetinin (ADU) Ümumi dilçilik kafedrasının müdiri professor Azad Məmmədovun “English Today” (Kembric Universiteti nəşriyyatı) jurnalında “English in Azerbaijan: Developments and Perspectives” başlıqlı məqaləsi dərc olunub. Məqalənin həmmüəllifi ADA Universitetinin əməkdaşı, ADU-nun doktorantı Arzu Məmmədovadır.
Məqalə Azərbaycanda 1990-cı illərin əvvəllərindən bu günə qədər ingilis dilinin rolunun tədqiqinə həsr olunub. Tədqiqatda xüsusi diqqət ingilis dilinin qlobal statusunun Azərbaycanda həyata keçirilən dil siyasətinə təsiri və bunun nəticəsində ingilis dilinin ölkəmizdə tədrisi məsələlərinə yönəlib. Həmçinin məqalədə ingilis dilinin Azərbaycanda və dünyada yayılmasının perspektivləri barədə fikirlər öz əksini tapıb.
Qeyd edək ki, “English Today” dünyada ingilis dilinin statusu, rolu və tədrisi ilə bağlı son araşdırmalar dərc edir.

Tehsil-press.az



Oxşar xəbərlər