Feysbuk bu ilin ikinci rübündə əldə etdiyi gəliri açıqlayıb.
Şirkətin əldə etdiyi gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 56 faiz artaraq, 29 milyard dollara yüksəlib. Feysbuk ötən ilin eyni dövründə 18,7 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti də 101 faiz artımla 10,4 milyard dollara qalxıb. Belə ki, Feysbuk ötən ilin eyni dövründə 5,2 milyard dollar xalis mənfəət əldə etmişdi.
Sözügedən dövrdə şirkətin hər səhminə görə olan dəyəri 1,80 dollardan 3,61 dollara qalxıb.
Feysbukun günlük və aylıq aktiv istifadəçi sayında da artım olub. Belə ki, hesabat dövründə günlük istifadəçi sayı 7 faiz artaraq, 1,91 milyarda çatıb. Aylıq artım da 7 faiz artımla 2,9 milyard olub.
Şirkət ilin ikinci yarısında gəlir artımının yavaşlamasını gözlədiyini bildirib.
Tehsil-press.az