Türkiyədə olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər. Yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər.
Qeyd edək ki, havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlər yanğınlarla mətinliklə mübarizə aparırlar.
Tehsil-press.az









