BDU-da Beynəlxalq Gənclər Gününə həsr olunmuş əyləncəli yarışlara start verilib

BDU-da Beynəlxalq Gənclər Gününə həsr olunmuş əyləncəli yarışlara start verilib Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı açıq havada 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Home games party” adlı əyləncəli yarışlara start verib.
Tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən yarışlara 4 komanda qatılıb. Tələbələr yarışlarda topları üfürərək halqalara keçirmək, şarı doldurmaqla stəkanların içinə salmaq, mismarları balansda saxlamaqla öz bacarıqlarını nümayiş etdiriblər.
Əyləncəli oyunlarda “13” komanda fərqlənərək yarışların qalibi seçilib.

Tehsil-press.az



Oxşar xəbərlər