BDU-da Gənc kimyaçılar klubu yaradılacaq

BDU-da Gənc kimyaçılar klubu yaradılacaq Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) idarə heyətinin onlayn iclası keçirilib.
İclasda Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov TGT-nin tələbələrin tədris və təlim prosesindəki rolu və fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli 2020/2021-ci tədris ilində təşkilatın altı aylıq hesabatını təqdim edib, qarşıda duran layihə və tədbirlər haqqında idarə heyətini məlumatlandırıb.
İclasda Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı nəzdində yaradılacaq Gənc kimyaçılar klubunun (“Young chemists club”) təqdimatı keçirilib. Klubun yaradılmasında məqsəd BDU-da kimya mühəndisliyi və kimya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin intellektual səviyyəsini yüksəltmək, onlara təcrübə qazandırmağı nəzərdə tutan və dünyada gedən proseslər çərçivəsində seminar, disput və konfranslar təşkil etməkdir. Eyni zamanda, klubun fəaliyyəti çərçivəsində tələbələrin təşkil olunmuş beynəlxalq tədbirlərdə iştirakını təmin etmək, neft-kimya müəssisələrini ziyarət edib iş təcrübələrini öyrənmək, elmi və əyləncəli tədbirlər təşkil etmək, müsabiqələr həyata keçirmək, xarici universitetlər və şirkətlərlə əməkdaşlıq edərək tələbələrin inkişafına dəstək olmaqdır.

Tehsil-press.az



Oxşar xəbərlər