Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə keçirilən “Enactus” Azərbaycan Milli Yarışının qalibi olan BDU-nun komandası ilə görüşüb.
Görüşdə E.Babayev komanda üzvlərini təbrik edib, onlara gələcək yarışda və dərslərində uğurlar arzulayıb.
Qeyd edilib ki, Bakı Dövlət Universitetində tələbələrin həm təhsilinə, həm elmi-tədqiqatla məşğul olmasına, həm də asudə vaxtlarının səmərəli keçirmələrinə böyük diqqət ayrılıb.
Görüşdə çıxış edən tələbələr onların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, BDU-nun “Enactus” komandası Niderlandda keçiriləcək Dünya “Enactus” Kuboku yarışmasında ölkəmizi təmsil edəcək. Bu yarışmada dünyanın 36 ölkəsindən 25 mindən çox universitet tələbəsini təmsil edən komandalar öz biznes, təhsil və sosial layihələrini təqdim edəcəklər.
Tehsil-press.az