“Sağlam gələcək, idmanla gələcək " adlı regional voleybol yarışları layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilati dəstəyi ilə ADPU-un tələbəsi Xaliq Abbasovun layihə rəhbəri olduğu “Sağlam gələcək, idmanla gələcək” layihəsinə start verilir.
Bu layihə özünü idmanda təsdiq etmək, sağlam həyat tərzinə qovuşmaq istəyən hər bir ADPU tələbəsi üçündür!
Layihənin məqsədi - gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və gənclərin idmana olan marağını artırmaqdır.
Layihə çərçivəsində ADPU-un Ağcabədi, Cəlilabad və Şəki filiallarında tələbələrarası voleybol yarışları təşkil olunacaq. Yarışların sonunda I yer tutan komanda kubok və sertifikat, II, III yerləri tutan komandalar isə sertifikatla təltif olunacaq. Layihənin hədəflərinə gənclərin idman sahəsində sosial aktivliyi inkişaf etdirmək, gənclər arasında sağlam rəqabətin formalaşdırılması və gənclərin asudə vaxtının səmərəli təşkili aiddir. Keçirilmə yeri: Ağcabədi, Cəlilabad və Şəki Yarışlar minimum 3 komanda (komanda tərkibi 6 nəfər) olmaqla qeyd olunan bölgələrdə keçiriləcək.
Layihəyə quşulmaq üçün aşağıdakı linkə daxil olaraq qeydiyyat formasını doldurmanız kifayətdir: https://goo.gl/forms/8A2oEv00H5YB3OXA2 Son qeydiyyat tarixi: 2 fevral 2019-cu il, saat 23:59
Yarışların keçiriləcəyi məkanlar və yarış tarixləri qısa müddət sonra iştirakçılara elan olunacaq.
Əlaqə:
Xaliq Abbasov (+994 50) 891 60 80
email [email protected]
#ADPU #ADPUTGT #ATGTİ #ASYOU #SYOU #AzGF #GənclərFondu #Sağlamgələcək #İdmanlagələcək
Mətbuat Xidməti