Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının 30 illiyi münasibətilə növbəti tədbir keçirilib.
Filialın 30 illik yubileyinin keçirilməsi ilə bağlı hazırlanmış tədbirlər planının icrası ilə əlaqədar mövcud pandemiya qaydaları nəzərə alınmaqla filial rəhbərliyi, müəllim və tələbə kollektivinin bir hissəsinin iştirak etdiyi nümayəndələr Bakıda ziyarətlər təşkil ediblər. Əvvəlcə ölkəmizin şimal regionunda ali təhsilin yeganə ünvanı olan təhsil ocağı adından Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini yad edib, Allahdan dahi şəxsiyyətə rəhmət diləyiblər.
Qeyd edək ki, Tədbirdə filialın direktoru, dosent Yusif Alıyev və ADPU-nun mətbuat katibi Cavid Hüseynov da iştirak edib. Ziyarət zamanı dos. Y.Alıyev xüsusi olaraq Ulu öndərin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğının cənab Prezident İlham Əliyev tərəfindən də layiqincə davam etdirildiyini diqqətə çatdırıb və bildirib ki, bizlər təhsil işçiləri olaraq atdığımız bütün önəmli addımlarda, irəli sürülən layihələrdə, qeyd etdiyimiz əlamətdar günlərdə bu müqəddəs məkanı ziyarət etməyə borcluyuq.
Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın uyuduğu şəhid məzarları ziyarət edilib. I və II Fəxri Xiyabanda ziyarət zamanı 44 günlük tarixi qələbə zamanı üzümüzü ağardan, vətənin bütövlüyü uğrunda canlarından keçən Azərbaycan övladlarının müqəddəs məzarları önünə qərənfillər düzülüb. Ziyarətdə iştirak edən filialın Tədris şöbəsinin müdiri Mələk Bağırova, Ədəbiyyat və dillər kafedrasının baş müəllimləri Rahib Alpanlı, Eyvaz Şeydayev, Təbiət fənləri kafedrasının baş müəllimi Elbrus Əhmədov bildiriblər ki, bugünkü kollektiv ziyarətin olduqca böyük tərbiyəvi əhəmiyyəti var. Biz artıq tələbələrlə müntəzəm olaraq Bakıda və ölkənin digər bölgələrində müqəddəs şəhid məzarlarını ziyarət etməli, tariximizin şanlı səhifəsinin yaradıcılarının qarşısında olan borcumuzu ən azından bu formada gənc nəslə aşılamalıyıq.Tədbirdə iştirak edən tələbələr - 44 günlük Vətən müharibəsi iştirakçıları Səfa Mərdanov, Ayaz Tahirov, filiala 2020/2021-ci tədris ilində ən yüksək balla daxil olan Hökməxanım Nuriyeva da da bu görüşün onların həyatında yeni bir iz qoyduğunu, bunun üçün filialın direktoruna minnətdar olduqlarını ifadə ediblər.
Tehsil-press.az