“Ən vacib dəstəyi qardaş Azərbaycandan aldıq” - Pakdemirli

“Ən vacib dəstəyi qardaş Azərbaycandan aldıq” - Pakdemirli “Azərbaycandan gələn qardaşlarımız tək millət olduğumuzu sübut etdilər. Burada birlikdə tək ürək kimi çalışdıq, mübarizə apardıq”.
Bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli keçirilən brifinqdə deyib.
O bildirib ki, Türkiyədəki meşə yanğınları ilə mübarizə üçün dünyanın hər tərəfindən kömək gəlib:
“Ən vacib dostluğu, dəstəyi qardaş ölkə Azərbaycandan aldıq. Qardaş ölkə 900-dən çox şəxs və 90-dan çox vasitə ilə Muğladakı yanğınsöndürmə işlərinə dəstək verməyə gəldi.
Azərbaycanlı qardaşlarımız bir çox çətin vəzifədə meşəçilərimizlə çiyin-çiyinə, yan-yana işlədilər. Bundan çox böyük xoşbəxtlik duydular. Mən bu dostların əzmini, şövqünü gözlərinin içində gördüm.
Hansı vəzifəni desək, “biz buraya oturmağa gəlmədik, kömək etməyə gəldik” deyən azərbaycanlı qardaşlarıma təşəkkür edirəm. Komandaları burada gördüyümüz üçün məmnun olduq. İki dövlətin liderinin də söylədiyi kimi, “tək millət, iki dövlət” deyirəm”.
B.Pakdemirli Azərbaycanın fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevə də uğurlu koordinasiyaya görə təşəkkür edib:
“Bundan sonrakı humanitar yardımlar məsələsində yeni bir təcrübə əldə etmiş olduq. Türk milləti üçün dəstəyiniz önəmlidir. Millətimiz çətin zamanda ona dəstək verənləri əsla unutmaz”.

Tehsil-press.az




Oxşar xəbərlər