Bu ayın sonundan Ağdama turlar təşkil olunacaq

Bu ayın sonundan Ağdama turlar təşkil olunacaq “Dövlət Turizm Agentliyi tərəfindən Qarabağ turizm marşurutları konsepsiyası hazırlanır. Orada Ağdam və Füzuli-Xocavənd marşrutları üzrə turlar nəzərdə tutulur”.
Bu sözləri Dövlət Turizm Agentliyinin sektor müdiri Elgün Cavadov jurnalistlərin sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, Ağdama turların avqustun axırında reallaşması planlaşdırılır:
“Əsasən ağdamlılar olmaqla, yaşlı nəslin nümayəndələrinin səfəri nəzərdə tutulur. Qiymət hələ müəyyən edilməyib, amma simvolik olacaq. Biletləri onlayn və oflayn əldə etmək mümkün olacaq. Füzuli-Xocavənd marşrutu üzrə turların gələn il həyata keçirilməsi nəzərdə tutulur”.

Tehsil-press.az



Oxşar xəbərlər