Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti (TEU) və Özbəkistanın Daşkənd Dövlət İqtisad Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində onlayn tədbir keçirilib.
Daşkənd Dövlət İqtisad Universitetinin turizm ixtisası üzrə təhsil alan tələbələrinə Dövlət Turizm Agentliyinin nümayəndəsi, sənaye ilə iş üzrə ekspert İlkin Cavadov “Asudə vaxtın menecmenti” mövzusunda ustad dərsləri keçib.
Qarşılıqlı razılaşma əsasında ATMU tələbələri üçün də özbək ekspertlər tərəfindən müvafiq mövzularda təqdimatların təşkili nəzərdə tutulub.
Qeyd edək ki, turizm üzrə müxtəlif mövzularda fərqli təqdimatlar mayın sonuna qədər təşkil olunacaq.
Tehsil-press.az