Təhsil İnstitutu avqustun 17-də “Təhsil sisteminin idarə olunmasının aktual məsələləri” mövzusunda vebinar təşkil edəcək.
Vebinarda spiker qismində Təhsil İnstitutunun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri pedaqogika üzrə elmlər doktoru, Əməkdar müəllim Piralı Əliyev çıxış edəcək.
P.Əliyev bir neçə dəfə Cito - Niderland Milli Təhsil İnstitutunun layihə rəhbəri tərəfindən keçirilən kurikulumların, tədris materiallarının hazırlanması və şagird qiymətləndirilməsi üzrə seminarların, Amerika Beynəlxalq Təhsil Şurası ASTR/ACCELS və PIE Proqramının məzunlar qrupunun seminarlarının, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Cənubi Qafqazda narkotiklərə nəzarət” proqramı çərçivəsində keçirilən seminarın, Türkiyə Cümhuriyyətinin Milli Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildəki yeniliklər və mədəniyyətlərin paylaşılması” seminarının iştirakçısı olub. O, 170-ə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiya, 5 metodik vəsaitin müəllifidir. Məqalələri Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Rusiya Federasiyasının nüfuzlu jurnallarında nəşr olunub.
Tədbirdə ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorant və dissertantlar, magistrlər, məktəb rəhbərləri və digər pedaqoji sahələrdə çalışanlar iştirak edə bilərlər.
Tehsil-press.az