“Direktorlar klubu” çərçivəsində növbəti qrup üçün “Məktəbdə liderliyin inkişafı” təliminə start verilib.
Müxtəlif bölgələrdən 60 məktəb direktorunun iştirak etdiyi onlayn təlim avqustun 13-dək davam edəcək. Təlimlər strateji planlaşdırma, liderlik, məktəbdaxili monitorinq və keyfiyyətə nəzarət, təşkilati davranış, komanda işinin təşkili və motivasiya mövzularını əhatə edir.
Təlimlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur və sadəcə, “Direktorlar klubu”nun üzvləri üçün keçirilir.
Qeyd edək ki, “Direktorlar klubu” Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı və “Kapital Bankın” baş sponsorluğu ilə yaradılıb.
Tehsil-press.az