Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində 132 namizəd iştirak edib. Onlardan 32 namizəd müsahibə komissiyasının rəyinə əsasən uğur qazanıb.
İyulun 23-dən etibarən həmin namizədlərlə adaptasiya proqramına start verilib və Bakı şəhər 18 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə görüş keçirilib. Görüşdə müsahibə mərhələsinin nəticələri, namizədlərdən gözləntilər və adaptasiya proqramının məqsədi barədə müzakirələr aparılıb.
İyulun 24-dən etibarən isə “Məktəb idarəçiliyinin ümumi əsasları”, “Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu”, “Strateji və operativ planlaşdırma”, “Məktəbdə öyrədici mühitin yaradılması”, “Məktəbdaxili monitorinq sistemi”, “Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Məktəbdə maliyyə məsələləri, əmək haqqı və tarifikasiya cədvəllərinin hazırlanması” və s. mövzularda təlimlər keçiriləcək.
Tehsil-press.az