Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq üçün ali tədris müəssisəsinin bülleteni nəşr olunub.
Bu ilin ilk 6 ayını özündə əks etdirən nəşrdə Aİİ-nin tədrisi, nəşrləri, təşkil etdiyi tədbirlər haqqında geniş məlumatlar verilib.
Bülletenin bu sayında “İlahiyyat” elmi-publisistik, “Din araşdırmaları” jurnallarının növbəti saylarının, “Qurani-Kərim əlifbası” və “Qurani-Kərim təcvidi”, habelə “Ərəb dili”, “İslam və təcdid” kitablarının, “İzahlı dini terminlər”, “İzahlı İslam fəlsəfəsi terminləri” lüğətlərinin, “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda simpoziumun, “Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda konfrans materiallarının nəşr edilməsinə, institutda qış imtahan sessiyasına, yaz semestrinə, İctimai Nəzarət Şurasının iclasına, Azərbaycan İlahiyyat İnstitutunun üçillik fəaliyyətinə həsr olunmuş onlayn tədbirə, Aİİ-nin rektorunun və prorektorunun beynəlxalq tədbirlərdə iştirak etmələrinə, ali məktəbdə “Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə xidmətləri” mövzusunda videokonfransa, Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasına, “Səmavi dinlərdə ailə və qadın” mövzusunda tədbirə, “40 hədis” yarışması”na və digər tədbirlərə dair məqalələr yer alıb.
Tehsil-press.az