Türkiyə-Azərbaycan qardaşlığı əməldə və real addımlarda özünü ehtiva edir - Deputat

Türkiyə-Azərbaycan qardaşlığı əməldə və real addımlarda özünü ehtiva edir - Deputat Möhtərəm Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına verdiyi müsahibədə qardaş Türkiyə haqda söylədiyi fikirlər əslində hər kəsin ürəyindən keçənlər idi. Həqiqətən də Azərbaycan və Türkiyə qardaşlığı möhtəşəmdir, səmimidir və təbiidir. Üstəlik, bu qardaşlıq və dostluq eynən cənab Prezidentin söylədiyi kimi məhz əməldə və real addımlarda özünü ehtiva edir.
Bunu Milli Məclisin deputatı Elşən Musayev deyib.
E.Musayev bildirib ki, Türkiyə Azərbaycana 44 günlük Vətən Müharibəsi zamanı çox böyük mənəvi və siyasi dəstək verdi:
“Gerçəkdən də Türkiyə olmasaydı bir çox ermənipərəst qüvvələr ürək bulandıra, prosesə müdaxilə edə bilərdilər. Amma onlar həm Türkiyənin varlığından, həm də Azərbaycanın gücündən ehtiyat edərək dayandılar, müdaxilə etməyə çəkindilər, kənarda qaldılar. Azərbaycan isə tarixi missiyasını həyata keçirərək öz əzəli torpaqlarını işğaldan azad etdi”.
Deputat vurğulayıb ki, Türkiyə hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanındadır:
“Şuşa Bəynnaməsi imzalanandan sonra isə bizim müttəfiqliyimiz kuliminasiya nöqtəsinə çatıb və bu da təbii ki, düşməni çox narahat edir.
Bu dünyada kimsə bizim qədər bir-birinə yaxın deyil. Bu qan bağlılığıdır, can bağlılığıdır, mənəvi bağlılıqdır. Bizlər Türkiyəni, qardaş ölkənin vətəndaşları isə Azərbaycanı öz vətənləri hesab edir. Çünki eyni millətdənik, eyni kökə və eyni dinə sahibik.
Bu qardaşlıq daimi olacaq. Bu qardaşlıq hər zaman var olacaq. Türkiyə-Azərbaycan birliyi bizim düşmənlərimizi əbədiyyən pərişan edəcək, narahat edəcək, məğlub edəcək”.

Tehsil-press.az


Oxşar xəbərlər