“Dövlət başçısı İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir. Bu baxımdan möhtərəm Prezidentimizin avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsi mühüm məqamlarla, çağırışlarla diqqəti cəlb edir”.
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycan işğalın davam etdiyi 30 ilə yaxın müddətdə sülh siyasətinə sadiqlik nümayiş etdirərək bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların nəticə verməsi üçün ciddi səylər göstərdi:
“Amma dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində Ermənistanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınması, həlledici məqamlarda təxribatlar törətmək cəhdləri diqqətdən kənarda qalmadı. Açıq-aydın göründü ki, Ermənistan münaqişənin həllində maraqlı deyil, yeni müharibə planları hazırlayır. 44 günlük Vətən müharibəsində Ermənistanın işğal altında olan ərazilərimizdə qurduğu istehkamları, havadarları tərəfindən, necə deyərlər, təpədən-dırnağadək silahlandırılmasını gördükdə bunu bir daha təsdiqlədik. Himayədarlarının dəstəyi ilə danışıqları imitasiya naminə aparan, özü üçün vaxt qazanıb istehkamlar quran, silahlanan Ermənistan sonda Azərbaycan Ordusu tərəfindən necə diz çokdürüldüyünün şahidi oldu.
Dövlət başçısı İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində də diqqəti bu məqamlara, xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsizliyinə yönəldərək bildirmişdir ki, son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu: “Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü bərpa etdi”.
Baş redaktor qeyd edib ki, müsahibədə dövlət başçısı İlham Əliyevin diqqət göstərdiyi əsas məsələlərdən biri bu oldu ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, Zəngəzur koridoru başda olmaqla kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə və digər məsələlərin həllinə maneə törədən yeganə səbəb Ermənistanın ya buna hazır olmaması, ya da bunun əleyhinə olmasıdır.
Vüqar Rəhimzadə diqqəti bir daha dövlət başçısı İlham Əliyevin müsahibəsində Azərbaycanın tarixi Zəfərini şərtləndirən amillərdən geniş bəhs edilməsinə yönəldibr. Bildirib ki, bu gün dünyaya səs salan, Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik münasibətlərimizi Qarabağımızdan dünyaya bi mesaj kimi ünvanlayan Azərbaycan-Türkiyə dostluğu əbədidir, iki qardaş ölkə ən çətin məqamlarda daim bir-birinin yanındadır: “İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı gördü ki, onun əsl dostu, qardaşı kimdir. Azərbaycanın yanında olan ölkələr Türkiyə və Pakistan idi. Birliyimiz əbədidir. Yeni nəsil, gənc nəsil bu yolu davam etdirməlidir. Bu yol əbədi olmalıdır. Vətən müharibəsində Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi, Prezident Rəcəb Tayyib Ərdoğanın dünyaya ünvanladığı “Azərbaycan tək deyil” mesajı Zəfərimizə gedən yola işıq saldı. Bu gün isə Azərbaycan bütün varlığı ilə təbii fəlakətlərlə üz-üzə qalan qardaş Türkiyənin yanındadır. Hazırda dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir.”
Tehsil-press.az