Şamaxı Astrofizika Rəsədxanasında gənc alimlər üçün təşkil olunan “LaTex” kursunun növbəti seminarı

Şamaxı Astrofizika Rəsədxanasında gənc alimlər üçün təşkil olunan “LaTex” kursunun növbəti seminarı AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında gənc alim və mütəxəssislər üçün təşkil olunan onlayn “LaTex” kursunun növbəti seminarı keçirilib.
Seminarda Təhsil şöbəsinin kompüter operatoru Cəmilə Əzimova “LaTex proqramında yeni məqalə yaradılması və təhlili” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi “LaTex”də yeni məqalənin yaradılması ilə bağlı nəzəri bilikləri tədbir iştirakçılarına çatdırmaqla yanaşı, həmin əməliyyatları praktiki olaraq proqramda nümayiş etdirib. “Style” fayla uyğun olaraq düsturların yazılması, cədvəllərin yaradılması əyani şəkildə göstərilib.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər