Şamaxı Astrofizika Rəsədxanası magistrantlarının yay imtahan sessiyası başa çatıb

Şamaxı Astrofizika Rəsədxanası magistrantlarının yay imtahan sessiyası başa çatıb AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 2019-2020-ci tədris ili üçün magistratura pilləsi üzrə yay imtahan sessiyası başa çatıb.
Astrofizika ixtisaslaşması üzrə təhsil alan I kurs tələbələrinin ulduz fizikası, kosmik plazma, günəş fizikası, praktiki astrofizika və astronomik cihazqayırma fənlərindən sonuncu imtahanları keçirilib. ŞAR-ın magistrantları 4-ü ixtisas fənni olmaqla ümumilikdə 7 imtahan verərək yay imtahan sessiyasını uğurla başa vurublar.
Qeyd edək ki, ölkə səviyyəsində mövcud karantin rejimi ilə əlaqədar olaraq, bütün imtahanlar “Zoom” proqramı vasitəsilə onlayn keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər